Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Can 2 milyona “yox” dedi

Can 2 milyona “yox” dedi

Tarix: 23 May 2024 21:05

İtaliyada populyarlığı get-gedə artan türk aktyor Can Yaman 1 milyon  avroluq (1 milyon 800 min manat) təklifi geri çevirib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, Canın Dubaydan olan pərəstişkarı ailəsi ilə birgə onunla tanış olmaq və şam yeməyi yemək istəyib. 

Buna görə də sənətçiyə sözügedən məbləğ təklif olunub. Lakin o, rədd cavabı verib. 

Qeyd edək ki, aktyor Kıvanç Tatlıtuğ Küveytdə mağaza açılışında iştirak etməsi üçün təklif olunan 12 milyon lirəni rədd edib. 

Onu da xatırladaq ki, digər aktyor Burak Özçivit bu kimi təkliflərə "hə" cavabı verir.

Milli.Az


Etiketlər:  Can 2 milyona yox dedi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ