Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2024 10:40
"Mən heç vaxt şöhrətin arxasınca qaçmamışam. Əslində şöhrət insanın dalınca qaçmalıdır. Yenidən dünyaya gəlsəydim, özümə çox sadəlövh və hamını özüm kimi bilməyi qadağa edərdim. Əgər bunlar olmasaydı, şöhrətimin zirvəsində olardım".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nurlan Əzizbəyli "7 Tamam" verilişində deyib. Sənətçi hazırda şöhrətinin zirvəsində olan həmkarlarına da məsləhət verib:
"Böyük şöhrətini yaşayan müğənnilərimizə tövsiyəm odur ki, sənətlərinin dərin bilicisi olsunlar. Bu gün şöhrət gəldi gedərdir, Amma öz sahəsini dərin bilmək və tarxilərdə yaşamaq hər adama qismət olmur".