Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lamiyə 4 qat dünya çempionu oldu

Lamiyə 4 qat dünya çempionu oldu

Tarix: 25 May 2024 14:06

Azərbaycan millisinin paraatleti Lamiyə Vəliyeva dünya çempionu olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, təmsilçimiz Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında fərqlənib.

T13 kateqoriyasında çıxış edən Vəliyeva 400 metr məsafəyə qaçışda bütün rəqiblərini arxada qoyub. O, finişə 55,03 saniyəyə çataraq dünya çempionu olub.

Qeyd edək ki, bu, 22 yaşlı Paralimpiya çempionumuzun ümumilikdə dünya çempionatlarında dördüncü qızıl medalıdır. Lamiyə Kobedəki yarışın ilk günündə 100 metr məsafədə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lamiyə ötən il Parisdə təşkil edilən dünya çempionatında 100 metr və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.

Milli.Az


Etiketlər:  Lamiyə 4 qat dünya çempionu oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ