Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2024 18:18
Rəfah keçid məntəqəsi yaxınlığında Misir və İsrail hərbçiləri arasında atışmada 2 Misir hərbçisi ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ərəb dilli mətbuat məlumat yayıb. İsrail mətbuatı isə bir Misir hərbçisinin ölümü barədə məlumat yayıb.
İsrail Müdafiə Nazirliyi, Qəzza-Misir sərhədində baş verən atışma hadisəsindən sonra rəsmilərin Misirlə əlaqə saxladığın bildirib.
"Bir neçə saat əvvəl Misir sərhədində atışma olub, insident araşdırılır, Misir tərəfi ilə dialoq aparılır", - IDF bildirib.