Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Açıqlamasından sonra dövlət 16 yaşlı qızını himayəsinə götürdü - YENİLƏNİB - FOTOlar

Açıqlamasından sonra dövlət 16 yaşlı qızını himayəsinə götürdü - YENİLƏNİB - FOTOlar

Tarix: 29 May 2024 17:12

17:10

Keçmiş türkiyəli model-aparıcı Deniz Akkaya ötən gün verdiyi açıqlama ilə gündəmə gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Akkaya sosial şəbəkə hesabında 16 yaşlı qızının ondan gizlətdiyi telefonunu əlindən aldığı üçün övladının ona hücum edərək saatlarla eyvanda bağlı saxladığını bildirib.

Məlumata görə, bundan sonra Ailə və Sosial Xidmətlər Nazirliyi hərəkətə keçərək qızı himayəyə götürüb. Model isə uşağının dövlət himayəsinə götürülməsi ilə bağlı instaqramda yeni video paylaşaraq deyib: "Bəli, mən onu öz razılığımla göndərmişəm. Sadəcə burnu sürtülsün deyə!"

D. Akkaya bu gün daha bir açıqlama yayaraq öz atası Müzəffər Akkayanın nəvəsinə qəyyumluq etmək istədiyini, lakin buna icazə vermədiyi üçün qohumlarının qızına qarşı zorakılıq etdiyini söyləyib: "Maraqlananlar üçün məlumat verim, qızımın atasının bu məsələdən xəbər tutmama ehtimalı yoxdur. Bu məsələ ilə bağlı ona məlumat verdik. Atasının cavabı isə "Deniz Akkaya həmişə bunları edir, sırf pul üçün" olub. Məsələnin pulla heç bir əlaqəsi yoxdur. Qızını götürüb onunla vaxt keçirsəydi, onun üçün yaxşı olardı. Daha sonra bir vəkil mənim xəbərim olmadan atamın yanına gedib. Sonra da mənim vəkilimlə əlaqə saxlayaraq qızımın peşiman olduğunu və tək arzusunun babasının yanında qalmaq olduğunu bildirib. Mən də bunu qəbul etməyəcəyimi dedim".

Aparıcının sözlərinə görə, aralarındakı bu problemi sakitcə həll etmək üçün peşəkarlarla danışmaq niyyətində olub: "Lakin Vəkillər Kollegiyasından qızıma təyin olunmuş vəkil atamın yanına gedib və onu razı salıb ki, məni məhkəməyə versin. Mənim xalam anam öləndən bəri atamla yaşayır. Xalam əvvəllər də bizimlə yaşayırdı. Bizi adətən döyərək böyüdürdü. Onun nevroloji problemləri var. Hər gün xəstəxanaya gedir. Xalam qızımı iki dəfə boğmaq da istəyib. Qızım onu orada sərt cəzaların gözlədiyini bilsə də, babasının yanında qalmaq istəyir".

---------------
28.05.2024

Türkiyənin tanınmış modeli, aparıcı Deniz Akkaya qızı tərəfindən döyülüb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, qızı Akkayanı 2 saata yaxın eyvanda saxlayıb.

"Bir az əvvəl 16 ildir təkbaşına baxdığım qızımın israrla məndən gizlətdiyi telefonunu tapdım. Məndən xəbərsiz xarici ölkə planlarını öyrənməyim səbəbindən telefonunu aldım. Fiziki hücum azmış kimi, məni 1,5 saat qapını kilidləyib eyvanda saxladı. Qonşuların və mühafizəçilərin müraciətləri cavabsız qalanda 112-yə 3 dəfə zəng vurduqdan sonra xilas oldum".

Milli.Az


Etiketlər:  Açıqlamasından sonra dövlət 16 yaşlı qızını himayəsinə götürdü YENİLƏNİB FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ