Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyaya zərbə endirilməsinə hansı ölkələr razıdır?

Rusiyaya zərbə endirilməsinə hansı ölkələr razıdır?

Tarix: 28 May 2024 22:12

Avropa Birliyinin müdafiə nazirləri Rusiyaya zərbələr endirmək üçün Qərb silahlarından istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə etməyə başlayıblar.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, rusiyalı hərbi ekspert İqor Korotçenko Rusiyaya Qərb silahları ilə zərbə endirməyə razı olam və olmayan bəzi AB ölkələrini bu cür sıralayıb:

Leyinə olanlar:

- Hollandiya heç vaxt Ukraynanın Rusiyanı vurmalı olacağını istisna etməyib;

- Latviya Ukraynanın onlardan imtina etməsi üçün heç bir səbəb görmür;

- İsveç hesab edir ki, Ukraynanın özünümüdafiə hüququ Rusiya ərazisinə zərbə endirmək hüququnu nəzərdə tutur;

- Polşa Ukrayna hərbi qüvvələrinin Rusiya ərazisinə zərbə endirməsinə qarşı deyil.

Əleyhinə olanlar:

- İtaliya hesab edir ki, Kiyev üçün Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından söhbət gedə bilməz;

- Almaniya Qərb silahlarının Rusiya Federasiyası ərazisindəki hərbi hədəflərə, o cümlədən artilleriya və yanacaq anbarlarına hücumlarına qarşıdır;

- İspaniya hesab edir ki, Kiyevin Rusiya Federasiyasına qarşı hücumlar üçün NATO silahlarından istifadə etmək iradəsi və niyyəti yoxdur.


Etiketlər:  Rusiyaya zərbə endirilməsinə hansı ölkələr razıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ