Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəmkir və Qaxda qeyri-leqal məşğulluq müzakirə edilib

Şəmkir və Qaxda qeyri-leqal məşğulluq müzakirə edilib

Tarix: 23 Noyabr 2019 16:04

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün növbəti maarifləndirmə tədbirlərini Şəmkir və Qax rayonlarında keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hər iki tədbir “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları və qaydaları” mövzusunda olub. Tədbirlərdə nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemi, işəgötürən və işçi arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə geniş məlumat verilib.

Qeyd edilib ki, işəgötürən ilə işçi arasında əmək münasibətləri əmək müqaviləsi bildirişi “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilərək qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra yaranır. Əvvəlcə işçi ilə işəgötürən arasında yazılı əmək müqaviləsi bağlanır, müqavilə bildiriş formasında elektron sistemdə qeydiyyata alındıqdan sonra işçi işə başlaya bilər.

Qeyri-leqal məşğulluq hallarının vergi və sosial sığorta ödmələrinin həyata keçirilməsinə, işçilərin əmək və sosial hüquqlarının təminatına ciddi maneə olduğu da vurğulanıb. Belə halların aradan qaldırlmasında birgə səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Ayrı-ayrı işəgötürənlərin nümayəndələri bu cür maarifləndirmə tədbirlərinin təşkilinin əhəmiyyətli olduğunu bildiriblər. Tədbirlərin sonunda iştirakçıların əmək qanunvericiliyi ilə bağlı sualları cavablandırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şəmkir Qaxda qeyri leqal məşğulluq müzakirə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ