Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2024 18:15
"Bakının bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək şəhər seçilməsi münasibətilə Azərbaycanı bir daha təbrik edirəm".
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
"Mən Sizin dəvətinizi almışam və COP29 Sammitində iştirak etməyi səbirsizliklə gözləyirəm. Pakistanın hərtərəfli dəstəyinə əmin ola bilərsiniz və bu mühüm tədbirin təşkilində Azərbaycana uğurlar arzulayıram. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə COP29 Azərbaycan üçün daha bir parlaq diplomatik nailiyyət olacaqdır", - məktubda vurğulanır.