Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Psixoloqa getdiyini açıqladı

Psixoloqa getdiyini açıqladı

Tarix: 8 Iyun 2024 07:22

Argentinalı futbolçu Lionel Messi Kataloniya "Barselona"sında oynadığı zaman psixoloqa müraciət etdiyini açıqlayıb.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Infobae" nəşri məlumat yayıb.

"Barselona"da olarkən bir müddət psixoloqun qəbuluna getmişdim. Çoxdan olub. Həqiqət budur ki, ona müraciət edəndə bu, mənə fayda verdi, kömək etdi", - deyə Messi bildirib.

Qeyd edək ki, Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. O, 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb.


Etiketlər:  Psixoloqa getdiyini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ