Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan 18 ildən sonra CHP-nin Baş qərargahına getdi

Ərdoğan 18 ildən sonra CHP-nin Baş qərargahına getdi

Tarix: 11 Iyun 2024 17:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Cümhuriyyət Xalq Partiyasının (CHP) Baş qərargahına gedib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Türkiyə Prezidenti CHP sədri Özgür Özellə görüş keçirir.

Görüş zamanı daxili və xarici siyasətə dair bir sıra məsələnin müzakirə ediləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, bu, Ərdoğanın 18 ildən sonra CHP-nin Baş qərargahına ilk səfəridir. Ərdoğan 2006-cı ildə ovaxtkı sədr Deniz Baykalla CHP-nin Baş qərargahında görüşmüşdü.

Xatırladaq ki, Ərdoğanla Özgür Özel arasında ilk görüş mayın 2-də AKP-nin Baş qərargahında keçirilib.


Etiketlər:  Ərdoğan ildən sonra Baş qərargahına getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ