Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yalçın Rzazadə ölümündən qabaq mənə etiraf etdi ki...”

“Yalçın Rzazadə ölümündən qabaq mənə etiraf etdi ki...”

Tarix: 14 Iyun 2024 16:55

"Mən Voronejdən Azərbaycana gələndə populyar rok ifaçısı idim. İlk dəfə indiki Heydər Əliyev sarayının səhnəsinə uzun saçlarla, rokçu imicində çıxanda ön sırada oturmuş böyük sənətkarlar hamısı üzümə təəccüblə baxmışdılar. O konsertdən sonra mənə çox dəvətlər gəldi, lakin son anda hamısında adım siyahıdan çıxarılırdı. Səbəbini illər sonra mərhum müğənni, Yalçın Rzazadə mənə açıqladı".

Milli.Az bildirir ki, bu fikirləri Lent.az-a müğənni, pedaqoq İntiqam Kərimov söyləyib.

"Ölümündən az öncə Yalçın Rzazadə mənimlə görüşüb halallıq istədi. Dedi: "O konsertdən sonra  müğənnilər dedilər ki. bu cavan oğlan çox fərqlənir, onun varlığı bizim sənətimizi kölgədə qoyacaq. Ona görə hər yerdə sənə əngəl oldular. Mən  mane olmadım. Buna görə haqqını mənə halal elə".

Yalçın Rzazadə adlar çəkdi. Onların arasında xalq artistləri də var idi. İllər boyu mənim adım  fəxri ad alanların siyahısında nazirliyə təqdim olundu, amma sənədlərim kənara qoyuldu. Hamısı həmkarlarımın həsədi və paxıllığına görə",- müğənni bildirib.

Qeyd edək ki, 65 yaşlı pedaqoq müğənninin tələbələri arasında çoxlu sayda fəxri ad almış müğənni var. Hətta onlardan biri Özbəkistanın Xalq artistidir. Lakin onun özünə heç bir mükafat və ya fəxri ad verilməyib.

Milli.Az


Etiketlər:  Yalçın Rzazadə ölümündən qabaq mənə etiraf etdi ki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ