Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2024 20:44
Ölümlə nəticələnən qəzanı törədən yeniyetmə oğlunu qaçaq yolla Misirə, daha sonra ABŞ-yə aparan türkiyəli yazıçı Eylem Tok saxlanılıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç "X"də bildirib.
Nazir qeyd edib ki, yazıçı və oğlu ABŞ-də saxlanılıb.
Xatırladaq ki, martın 5-də Türkiyənin İstanbul şəhərinin Eyüpsultan qəsəbəsində yazıçı və onun 16 yaşlı oğlu T. C. lüks avtomobillə yol kənarındakı maşına çırpılıb. Qəza zamanı digər maşındakı 5 nəfərdən 4-ü müxtəlif dərəcəli xəsarətlər alıb, 1-i isə hadisə yerindəcə keçinib.