Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2024 20:54
Bildiyimiz kimi, insanların gündəlik həyatında istehlak olunan əsas ərzaq məhsullardan biri də şəkər məhsullarıdır.
"Milli.az" xəbər verir ki, şəkər və ya qənd kimi qida məhsullarını istehsal edən müəssisələrdə tətbiq olunan hər cür texniki və texnoloji proseslərin tələb olunan standartlara uyğun olması və müvafiq dövlət orqanlarının bu sahələrə nəzarət etməsi ilə yanaşı, sahibkarlar və mağaza rəhbərləri də bu məhsullarla bağlı kifayət qədər maariflənməlidirlər.
Öz araşdırmalarını bu istiqamətdə davam etdirən Sağlam Qida mütəxəssisi Məhsəti Hüseynova daxili bazarda satışa çıxarılan qənd məhsullarının keyfiyyəti ilə bağlı istehlakçıları və müştəriləri intensiv məlumatlandırır. Bundan əvvəl qənd məhsullarını istehsal edən müəssisələrin dövlət standartlarına və lazımi texnoloji qaydalara uyğun istehsal proseslərini araşdıran, ictimai iaşə obyektlərində və pərakəndə sektorda istifadə olunan məhsulların tərkibi və keyfiyyəti ilə bağlı faydalı məlumatları istehlakçılara çatdıran mütəxəssis bu dəfə üzünü sahibkarlara və mağaza rəhbərlərinə tutdu.
Sağlam Qida mütəxəssisi Gəncə və Lənkəran rayonlarında fəaliyyət göstərən supermarket, iri mağaza və topdansatış obyektlərini gəzərək müvafiq şəxsləri qənd məhsullarının keyfiyyəti, onların alışı və satışı zamanı nələrə diqqət olunması və keyfiyyətsiz qəndlərin necə müəyyən edilməsi ilə bağlı məlumatlandırmaq və onların bu barədə fikirlərini öyrənmək məqsədilə maraqlı müsahibələr təşkil etdi.
Belə ki, hazırda satışda olan bəzi qənd məhsullarının tərkibində süni ağardıcı və sərtləşdirici maddələrin olması insanların sağlamlığı üçün xüsusi təhlükə törədir. Buna qarşı istehlakçıların və müştərilərin, həmçinin sahibkarların da çox diqqətli olmaları, alqı-satqı zamanı qənd məhsulları barəsində kifayət qədər məlumatlı olmaları çox əhəmiyyətlidir. Sağlam Qida mütəxəssisi Məhsəti xanım qənd məhsulları ilə bağlı bundan öncə AQTA tərəfindən aparılan monitorinqlərin nəticələri, tərkibində kimyəvi qatqılardan çox istifadə edilən müəyyən marka və məhsulların dövriyyədən çıxarılması və satışına qadağa qoyulması ilə bağlı sahibkarları və mağaza rəhbərlərini bir daha məlumatlandırdı.
Sağlam Qida mütəxəssisi keyfiyyətli və keyfiyyətsiz, həmçinin tərkibində süni ağardıcıların çox olduğu məhsulu təbii məhsuldan necə fərqləndirməyin qaydasını, qanunvericilikdə nəzərdə tutulan əmtəə markalanma və qida təhlükəsizliyi tələblərini ticarət nümayəndələrinə izah etdi.
Məhsəti Hüseynova bu məqsədlə İmişli Şəkər Zavodunda istehsal olunan AzərŞəkər qəndlərini istehlakçılara tövsiyə edərək bildirdi ki, bundan əvvəl o zavodda olmuş və ordakı istehsal şəraitini müşahidə etmişdir. Sözü gedən zavodda məhsul istehsal edərkən onun tərkibinə hər hansı bir ağardıcı qatqı və ya qoruyucu qatılmır və məhsul tam təbii şəkildə istehsal olunur. Bu səbəbdən AzərŞəkər qəndlərinin üzərində "qatqı və ağardıcı yoxdur" mesajı da qeyd olunur, həmçinin məhsulun tərkibi ilə bağlı bütün çeşidlərin üzərində ətraflı məlumat öz əksini tapır.
Bu kimi maarrifləndirmə tədbirlərini daim dəstəkləyən, milli və etibarlı marka kimi ölkəmizdə kifayət qədər tanınan və sevilən AzərŞəkər markası təmsil etdiyi bütün məhsulların, xüsusilə də qənd məhsullarının tərkibində hər hansı kimyəvi qatqı və ağardıcının olmaması ilə daim istehlakçıların qayğısına qalır. Bu nüansı sahibkar və mağaza rəhbərləri da nəzərə alaraq insanlara daim sağlam və keyfiyyətli qənd məhsullarının satışını həyata keçirməklə onlara daha etibarlı xidmət edə bilərlər.