Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2024 21:46
Finlandiya Prezidenti Aleksandr Stubb İsveçrədə Ukrayna sammitində çıxışı zamanı 1939-cu ildə SSRİ ilə "Qış müharibəsi"ni xatırladıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Yle telekanalı məlumat yayıb.
"İkinci Dünya Müharibəsində Rusiya Finlandiyaya hücum etdi, biz ərazimizin 10%-ni, o cümlədən babalarımın və atamın doğulduğu yerləri itirdik", - deyə Stubb bildirib.
Qeyd edək ki, "Qış müharibəsi" - Finlandiya ilə Sovet İttifaqı arasında 1939-cu il noyabrın 30-dan 1940-cı il martın 13-dək davam edən müharibədir. Nəticədə Finlandiya ərazilərinin 10 faizini itirdi.