Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2024 22:58
Türkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.
Qurumun verilənlərinə əsasən, yerli vaxtla 20:24-də (Bakı vaxtı ilə 21:24) ölkənin Malatya şəhərinin Akçadağ rayonunda 4,4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Xatırladaq ki, daha əvvəl Gürcüstanın şimalında zəlzələ olmuşdu.