Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2024 07:54
İstanbulda yerlşən qədim tarixə malik Ayasofya məscidinin rəqəmsal maketi hazırlanıb və əgər məscidə nəsə olsa onu yenidən sıfırdan bərpa etmək mümkün olacaq.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, 3D skan yolu ilə dünyanın ən əhəmiyyətli tarixi əsərlərindən biri olan Ayasofya məscidinin rəqəmsal planı tamamlanıb.
Mədəniyyət Nazirliyinin nəzarətində görülən işlər çərçivəsində tarixi əsərin demək olar ki, hər santimetri skan edilib və bütün məlumatlar tamamlanıb.
Bununla da Ayasofya mümkün bir zəlzələ nəticəsində dağılsa belə, orijinal halında yenidən tikilə bilər.
537-ci ildən bəri var olan və 1985-ci ildə Dünya Mədəni İrsi siyahısına daxil edilən Ayasofya məscidi 1572-ci ildə Memar Sinan tərəfindən bərpa edilib və gücləndirilib. Bina 1847-ci ildə Sultan Əbdülməcidin dövründə isveçrəli Fossati qardaşları tərəfindən əsaslı təmir edilib.