Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sarkisyanla əlaqəli şəxslərin əmlakı müsadirə edilir

Sarkisyanla əlaqəli şəxslərin əmlakı müsadirə edilir

Tarix: 21 Iyun 2024 20:44

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi sabiq prezident Serj Sarkisyanın qardaşı Levon Sarkisyana bağlı olan bir sıra şəxslərin əmlakının dövlət xeyrinə müsadirə edilməsi barədə qərar qəbul edib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Məhkəmə elit Vahaqni kəndində (İrəvanın ətrafı) dəyəri 17 milyon dramdan çox (təxminən 43,5 min dollar) malikanənin, səhmlərin, iki "KamAZ" markalı yük maşınının və qanuniliyi sübuta yetirilməyən digər əmlakın müsadirə edilməsinə qərar verib.

Qeyd edək ki, Levon Sarkisyanın özü Ermənistanda axtarışa verilib və bir neçə cinayət işində əli var.


Etiketlər:  Sarkisyanla əlaqəli şəxslərin əmlakı müsadirə edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ