Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp artıq özünün vitse-prezidentini seçib

Tramp artıq özünün vitse-prezidentini seçib

Tarix: 24 Iyun 2024 15:02

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından Ağ Evin rəhbəri vəzifəsinə namizəd Donald Tramp seçiləcəyi təqdirdə kimin vitse-prezident olacağına qərar verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Tramp yerli telekanala verdiyi müsahibəsində danışıb.

Trampın vitse-prezidenti hazırkı ABŞ lideri, Demokratlar Partiyasının namizədi Co Baydenlə iyunun 27-də keçiriləcək debatda iştirak edəcək.

"Bəli, o, orada olacaq (debatda - red.). Düşünürəm ki, ora çoxlu insan gələcək", - Tramp bildirib.

Tramp kimin namizədliyini seçdiyini heç kimə deməyib. Mənbələr onun Şimali Dakota qubernatoru Duq Berqam, Ohayo senatoru Ceyms Devid Vens və Florida senatoru Marko Rubio arasında seçim etdiyini bildirib.

Milli.Az


Etiketlər:  Tramp artıq özünün vitse prezidentini seçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ