Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-nin növbəti prezidenti kim olacaq?

ABŞ-nin növbəti prezidenti kim olacaq?

Tarix: 28 Iyun 2024 10:18

ABŞ-lilərin təxminən 70%-i hesab edir ki, 81 yaşlı Co Bayden ABŞ prezidenti kimi öz vəzifələrini səmərəli şəkildə yerinə yetirmək üçün çox qocadır.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bunu "The New York Times" və Siena Kolleci Araşdırma İnstitutunun birgə keçirdiyi sorğunun nəticələri sübut edir.

Araşdırmaya görə, respondentlərin 69%-i Baydenin yaşının onun effektiv lider olmasına mane olması ilə qəti şəkildə razılaşıb. Eyni zamanda ABŞ-lilərin 45%-i hazırkı prezidentin yaşının çox ciddi problem olduğunu və Baydenin ümumiyyətlə işinin öhdəsindən gələ bilmədiyini bildirib.

Sorğu onu da göstərib ki, seçki indi keçirilsəydi, seçicilərin 48%-i 78 yaşlı Donald Trampa, 42%-i isə Baydenə səs verəcəkdilər.

Qeyd edək ki, sorğu 1 225 ABŞ-li arasında keçirilib.

Xatırladaq ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də baş tutacaq.


Etiketlər:  ABŞ növbəti prezidenti olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ