Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə Türkiyəni vurmaq üçün 20 ədəd F-16 göndərdi

Bu ölkə Türkiyəni vurmaq üçün 20 ədəd F-16 göndərdi

Tarix: 6 Iyul 2024 14:06

Ədalətsiz sanksiyalara görə Türkiyəyə verilməyən F-35-lərin istehsalçısı "Lockheed Martin" şirkəti diqqətçəkən bir addım atıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Amerika şirkəti və Yunan Aviasiya Sənayesi (EAB) Yunanıstan Hərbi Hava Qüvvələrinə təkmilləşdirilmiş 20 ədəd F-16 təyyarəsini təhvil verib.

İddia olunur ki, bu təhvil Yunanıstanın Hərbi Hava Qüvvələrini Avropanın ən qabaqcıl F-16 donanması ilə təchiz etməklə müdafiə qabiliyyətini daha da gücləndirir.

"Lockheed Martin" Yunan Aviasiya Sənayesi (EAB) ilə əməkdaşlıq edərək "84 F-16" döyüş təyyarəsini Viper konfiqurasiyasına təkmilləşdirir. Həmçinin proqramı 2027-ci ilə qədər tamamlamağı hədəfləyir.

Şirkət bu uzunmüddətli tərəfdaşlıq vasitəsilə Yunanıstan müdafiə sənayesi və Yunanıstan Hərbi Hava Qüvvələrinə 1 milyard dollardan çox iqtisadi fayda verib.

Xatırladaq ki, NATO ötən gün Türkiyə ilə müharibəyə hazırlaşan Yunanıstanla bağlı açıqlama yaymışdı. Alyans dünya ictimaiyyətinə Yunanıstanın komando bölmələrinin əməliyyat hazırlığını sınaqdan keçirdiyi və artıq döyüşə hazır olduğu ilə bağlı məlumat verib.


Etiketlər:  ölkə Türkiyəni vurmaq üçün ədəd göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ