Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin terrordakı o gənci ölümündən sonra təltif etdi

Putin terrordakı o gənci ölümündən sonra təltif etdi

Tarix: 8 Iyul 2024 22:50

"Crocus City Hall"da terrorçunu zərərsizləşdirmək istəyərkən həlak olan Vnukovo Beynəlxalq Hava Limanının əməkdaşı Valentin Nikolaenkov ölümündən sonra "İgidliyə görə" ordeni ilə təltif edilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

"Vətəndaş borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və şücaətə görə, "Vnukovo Beynəlxalq Hava Limanı" Səhmdar Cəmiyyətinin İdarəetmə və Koordinasiya Mərkəzinin direktoru Valentin Viktoroviç Nikolaenkov "İgidliyə görə" ordeni ilə təltif edilsin (ölümündən sonra)", - fərmanda deyilir.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında terror aktı törədilib. Terror aktı nəticəsində 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb.


Etiketlər:  Putin terrordakı gənci ölümündən sonra təltif etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ