Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soğanı belə bişirmək xərçəng riski yaradır

Soğanı belə bişirmək xərçəng riski yaradır

Tarix: 11 Iyul 2024 08:48

Yeməklərin bir çoxuna əlavə edilən soğanın yanlış bişirildikdə xərçəngə səbəb ola biləcəyi açıqlanıb.

Medicina.az xəbər verir ki, soğanı yağda qovurmağın sağlamlıq üçün ciddi risklər yaratdığı bildirilir.

Soğan yağda qızardıldıqda qida dəyəri xeyli azalır. Beləliklə, çiy halda antioksidantlar və flavonoidlərlə zəngin olan bu tərəvəz yararsız hala düşür.

Yağda qovrulmuş soğan həzm sisteminə mənfi təsir göstərir. Çünki soğandakı liflərin quruluşu pozulur və həzmi çətinləşir. Bu, şişkinlik, qaz və həzmsizlik kimi həzm problemlərinə səbəb olur.

Ən pisi isə soğan yağda qızardıldıqda ortaya kansoregen maddələr çıxır. Bu isə xərçəngə gətirib çıxara bilər.

Soğanı qızartmaq əvəzinə onu
sobada bişirmək,
suda bişirmək,
buxarda bişirmək
və ya çiy halda istehlak etmək tövsiyə olunur.

Milli.Az


Etiketlər:  Soğanı belə bişirmək xərçəng riski yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ