Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ilin sonuna kimi AÇG-dən 500 mln. ton neftin hasil olacağı gözlənilir

Bu ilin sonuna kimi AÇG-dən 500 mln. ton neftin hasil olacağı gözlənilir

Tarix: 27 Noyabr 2019 11:36

Bakı. Trend:

Bu ilin sonunadək Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda ümumi neft hasilatının 500 mln. tona çatacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O, bildirib ki, bu ilin gözlənilən əlamətdar hadisələrindən biri də ilin sonuna doğru AÇG-dən 500 mln. ton neftin hasilatıdır: "Təbii ki, bu hasilat tempinə bağlıdır. İlin sonu və ya gələn ilin əvvəlində ola bilər".

B.Aslanbəyli, həmçinin qeyd edib ki, AÇG üzrə 2020-ci il üçün büdcə və iş planı artıq təsdiqlənib.


Etiketlər:  Bu ilin sonuna kimi AÇG dən 500 mln ton neftin hasil olacağı gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ