Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2019 17:12
Bakı. Trend:
ABŞ Yaxın Şərqdə özünü təhlükəsizlikdə hiss etmir, region əhalisi onlardan nifrət edir.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” səhifəsində yazıb.
O bildirib ki, İranın ünvanına ittihamlar səsləndirməklə ABŞ bu hissləri dəyişə bilməyəcək:
“Müxtəlif “İran təhdidlərindən” tutmuş dənizdə hərəkətlərədək, əgər ABŞ və onun müttəfiqləri özünü narahat hiss edirsə, bu ona görədir ki, region xalqları onlardan nifrət edir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin