Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çimərlik geyimləri təhlükə saçır – Diqqət etməli olduğunuz 5 nüans

Çimərlik geyimləri təhlükə saçır – Diqqət etməli olduğunuz 5 nüans

Tarix: 17 Iyul 2024 07:48

Bütün qadınlar çimərlikdə gözəl görünməyə çalışır. Lakin onların çoxu səhv seçilmiş çimərlik paltarının sağlamlığa vura biləcəyi zərəri düşünmür.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, tibb elmləri namizədi, mama-ginekoloq Olqa Nojnitseva təhlükəli çimərlik paltarlarından danışıb.

O, beş əlamətə diqqət yetirərək doğru çimərlik geyimini seçməyin mümkün olduğunu bildirib.

1. Çimərlik geyimi sinəni birbaşa günəş işığından qorumursa...

Sinənin dərisi, xüsusən də döş nahiyəsindəki dəri çox zərifdir. Bu hissələr günəş işığına çox həssasdır. Bundan əlavə, il ərzində sinə paltarla örtülür. Bir qadın dərinin yalnız kiçik bir sahəsini qoruyan çox kiçik bikini ilə çimərlikdə günəş vannası qəbul edərkən, süd vəziləri ultrabənövşəyi radiasiyanın şok dozasını alır.

Bu, ən yaxşı halda vaxtından əvvəl qocalma əlamətlərinə - qırışlar, ləkələr və s. səbəb olacaq. Ən pis halda isə bədxassəli şişlərin meydana gəlməsi ilə nəticələnə bilər.

2. Çimərlik geyimi döşləri sıxırsa...

Geyimin üst hissəsi doğru seçilməlidir. Yük hər iki tərəf arasında bərabər paylanmalıdır. Bu, xüsusilə böyük döşləri olan qadınlar üçün keçərlidir. Asqısız çimərlik geyimi məsləhət görülmür. Çünki bu üslub yumşaq toxumalara təzyiq göstərir. Bu təzyiq təkcə döşlərin sallanmasına deyil, daha ciddi problemlərə də səbəb ola bilər. Süd vəzinə göztərilən təzyiq qan dövranını pozur. Buna görə həm xoşxassəli şişlər, həm də xərçəng şişləri yarana bilər.

3. Çimərlik paltarında təhlükəli boyalardan istifadə olunubsa...

Uzun müddət geyindikdən sonra çimərlik geyiminiz bir az solubsa, narahat olmayın - bu normaldır. Ancaq dərinizə rəngli zolaqlar çıxırsa, istehsalçının keyfiyyətsiz boyalardan istifadə etdiyindən şübhələnmək lazımdır.

Bu cür boyalar təhlükəlidir, çünki onlar yalnız dəri ilə deyil, həm də selikli qişalarla birbaşa təmasda olur və qıcıqlanmaya səbəb ola bilər.

4. Çimərlik geyimi allergik reaksiyalar yaradırsa...

Bütün süni parçalar - polyester, akril, mikrofiber, poliamid, neopren - allergik reaksiyalara səbəb olur. Bunlar qaşınma, qızartı, səpgi kimi dəri problemlərinə gətirib çıxara bilir.

Əgər allergiyanız varsa, çimərlik paltarınızı dənizə və ya hovuza geyinməzdən əvvəl mütləq sınaqdan keçirin.
Hipoalerjenik parçalara, məsələn, pambığı nümunə göstərmək olar. Ondan hazırlanmış çimərlik paltarının xoşagəlməz simptomlara səbəb olması ehtimalı azdır.

5. Çimərlik geyiminiz yavaş quruyursa...

Bikini və mayoların əksəriyyəti çox tez quruyan parçalardan hazırlanır. Bu, təkcə rahatlıq üçün nəzərdə tutulmayıb. Həm də qadınların kişilərə nisbətən daha tez-tez əziyyət çəkdiyi infeksiya riskini minimuma endirmək üçün vacib amildir. Fakt budur ki, rütubət və istilik patogen bakteriyaların genital bölgədə çoxalması üçün ideal şərait yaradır.

Çimərliyə iki çimərlik paltarı götürmək lazımdır - birində çimmək, digərində günəş vannası qəbul etmək olar.


Etiketlər:  Çimərlik geyimləri təhlükə saçır Diqqət etməli olduğunuz nüans


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ