Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AVRO-2024-ün ən yaxşı 10 qolu açıqlandı

AVRO-2024-ün ən yaxşı 10 qolu açıqlandı

Tarix: 17 Iyul 2024 16:04

Fabio Kapello, Rafa Benites, Frank de Bur, Ule Qunnar Sulşer və ispan Aytor Karanka kimi nüfuzlu adlardan ibarət olan münsiflər heyəti AVRO-2024-də vurulmuş ən yaxşı 10 qolun seçimini edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Türkiyə millisinin iki futbolçusu Arda Güler ​​və Mert Müldür də bu mötəbər siyahıya daxil olmaqla böyük uğura imza atıblar.

Siyahıya isə 17 yaşlı ispaniyalı ulduz futbolçu Lamin Yamal başçılıq edir. Onun Fransa seçməsi ilə yarımfinal mərhələsində vurduğu qol ən yaxşı seçilib.

Cud Bellinqemin Slovakiyaya vurduğu qolla ikinci, Cerdan Şakiri isə Şotlandiya ilə vurduğu bərabərlik qolu sayəsində üçüncü olublar.

Qeyd edək ki, Arda Güler və Mert Müldür Gürcüstan seçməsi ilə görüşdə vurduqları qollar sayəsində siyahının beşinci və altıncı pillələrini bölüşürlər.

Həmin siyahını təqdim edirik:

1. Lamin Yamal (İspaniya): İspaniya - Fransa 2:1 (9 iyul, yarımfinal);

2. Cud Bellinqem (İngiltərə): İngiltərə - Slovakiya 2:1 (30 iyun, 1/8 final);

3. Cerdan Şakiri (İsveçrə): Şotlandiya - İsveçrə 1:1 (19 iyun, ikinci tur);

4. Nicolaye Stançu (Rumıniya): Rumıniya - Ukrayna 3:0 (17 iyun, ilk tur);

5. Arda Güler (Türkiyə): Türkiyə - Gürcüstan 3:1 (18 iyun, ilk tur);

6. Mert Müldür (Türkiyə): Türkiyə - Gürcüstan 3:1 (18 iyun, ilk tur);

7. Fabian Ruis (İspaniya): İspaniya - Xorvatiya 3:0 (15 iyun, ilk tur);

8. Olli Uotkins (İngiltərə): Niderland - İngiltərə 1:2 (10 iyul, yarımfinal);

9. Mattia Zakkani (İtaliya): Xorvatiya - İtaliya 1:1 (24 iyun, üçüncü tur);

10. Xavi Simons (Niderland): Niderland - İngiltərə 1:2 (10 iyul, yarımfinal).

Milli.Az


Etiketlər:  AVRO 2024 yaxşı qolu açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ