Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AFB Bank-dan “Black Friday” kampaniyası

AFB Bank-dan “Black Friday” kampaniyası

Tarix: 27 Noyabr 2019 14:39

Bakı. Trend:

Dünya trendlərini yaxından izləyən AFB Bank “Black Friday”ə özəl olaraq kampaniya təqdim edir.

Ənənəvi olaraq ildə bir dəfə keçirilən və noyabrın ayının son cümə gününə təsadüf edən “Black Friday” ərəfəsində dünyanın tanınmış şirkətləri güzəştli kampaniyalar təklif edir. Trenddən kənarda qalmayan AFB Bank 29.11.2019-cu il tarixində, yalnız 1 gün bütün filiallarında “Nağd pul krediti” məhsulu çərçivəsində illik faiz dərəcəsinə 5% endirim və 0 % komissiya ilə kampaniya keçirəcəkdir.

Xatırladaq ki, Nağd pul kreditinin müddəti 3 aydan 48 ayadəkdir və kreditin maksimal məbləği 20 000 AZN təşkil edir.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bank Black Friday kampaniyası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ