Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2024 20:08
Tanınmış jurnalist Andrey Zaxarov axtarışa verilib.
Rusiya Daxili İşlər Nazirliyi xarici agent kimi tanınan jurnalist barəsində axtarış elan edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, 2024-cü ilin aprelində Zaxarov barəsində cinayət işi açılıb. İyunun 11-də isə Sankt-Peterburqun Kolpinski məhkəməsi Rusiya Federasiyasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məlumatları səlahiyyətli orqana təqdim etmədiyi üçün Zaxarovu 40 min rubl məbləğində cərimələyib.