Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zirə''dən ''Şerif''ə erkən qol - YENİLƏNİR

''Zirə''dən ''Şerif''ə erkən qol - YENİLƏNİR

Tarix: 18 Iyul 2024 20:30

20:23

Azərbaycan təmsilçisi "Zirə" Moldova "Şerif"i ilə bu dəfə Bakıda qarşılaşır. "Dalğa Arena"da keçiriləcək matç saat 20:00-da başlayıb. Oyunu Qazaxıstandan olan hakimlər briqadası idarə edir.

Sözügedən komandalar arasındakı ilk görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu cütün qalibi 2-ci mərhələdə "Elfsborq" (İsveç)  - "Pafos" (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. Mərhələ adlayan tərəf 2-ci təsnifatda birinci oyunu öz meydanında keçirəcək.

Cütün məğlubu isə Avropa kuboklarında mübarizəni Konfrans Liqasının ikinci mərhələsində davam etdirəcək. Rəqib Slovakiyanın "Dak-1904" klubu olacaq.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları

20:00. "Zirə" (Azərbaycan) - "Şerif" (Moldova) - 1:0 (Birinci hissə)

Qol: Rafael Utziq, 5

Hakimlər: Bulat Sarıyev, Denis Lobaşov, Yuri Tixonyuk, Aidın Tossibayev (Qazaxıstan) 

"Dalğa Arena" 

İlk oyun - 1:0

-----------

11:30

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyunları keçiriləcək. 

Təmsilçimiz "Zirə" Moldovanın "Şerif" klubunu qəbul edəcək.

Cütün ilk oyunu Moldovada "Şerif Arena"da baş tutub. Təmsilçimiz meydan sahiblərini 1:0 hesabı ilə məğlub edərək üstünlük əldə edib.

Qeyd edək ki, cavab matçını qazaxıstanlı hakimlər briqadası idarə edəcək.

 

Avropa Liqası

I təsnifat mərhələsi

18 iyul

20:00. "Zirə" - "Şerif" - 0:0 (Birinci hissə)

Baş hakim: Bulat Sariyev (Qazaxıstan)

Dalğa Arena 

"Zirə": 1. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsizni, 4. Ruan Renato, 70. İssa Cibrilla, 19. Salifi Suma, 21. Hacıağa Hacıyev, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 90. Davit Volkov, 23. Rafael Utsiq
Baş məşqçi: Rəşad Sadıqov

 "Şerif": 16. Raşed Əl-Tumi, 8. Joao Paulo Fernandeş, 33. Mateus Lins, 50. Jokelin Behiratçe, 66. İlunqa Pata, 18. Mussa Kyabu (k), 3. Nana Kvame Boakye, 10. Sedrik Badolo, 69. Peter Ademo, 90. Papa Ndiaqa Yade, 9. Ayak Riak
Baş məşqçi: Yuriy Hura

Milli.Az


Etiketlər:  Zirədən Şerifə erkən YENİLƏNİR


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ