Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunanıstanda “narıncı həyəcan” elan edildi

Yunanıstanda “narıncı həyəcan” elan edildi

Tarix: 20 Iyul 2024 13:06

İyulun 19-da Yunanıstanın 68 yerində meşə yanğını meydana gəlib.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bunu ölkənin iqlim böhranı və mülki müdafiə naziri Vassilis Kikilias deyib.

O bildirib ki, ölkədəki uzunmüddətli isti hava dalğası, quraqlıq yanğınsöndürənlərin işini çətinləşdirib:

"Səlahiyyətlilər ölkənin bəzi bölgələrində qızmar istilərin yüksək yanğın riski yaratdığını əsas gətirərək, "narıncı həyəcan" statusu elan ediblər. Yanğınsöndürmə qruplarının "narıncı həyəcan" vəziyyətinə gətirildiyi Afina, Arqolida, Evbeya və Beotiya bölgələrində meşə yanğınları ilə mübarizə üçün hazırlanan "Fövqəladə Hallar Planı" qüvvəyə minib".

Milli.Az


Etiketlər:  Yunanıstanda narıncı həyəcan elan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ