Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2024 10:05
Əməkdar artist Teymur Əmrah ailə qurmamasının səbəbini açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Qonaqcanlı" verilişində danışıb. T.Əmrah bildirib ki, sənətə üstünlük verib:
"Əgər xanımın kişiyə məhəbbəti yoxdursa, uşaqdan sonra çox şey istəyəcək. 50-dən çox yaşım var. Yarım əsrdən çox yaşamışam. Sual verdiniz ki, niyə ailə qurmadınız? Mənim sənətə məhəbbətim o sevgidən daha yüksəkdir. Öncə yaxşı insan olmağı sevirəm. Demirəm, idealam. Amma oğurluq, başqa şeylər anlamamışıq. 38 ildir Bakıdayam və sakit həyat tərzi yaşamışam. Ola bilər, kaprizli insanam".