Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Tarix: 21 Iyul 2024 10:52

Yenidən ən yüksək dövlət postu uğrunda mübarizəyə qatılan ABŞ-nin keçmiş prezidenti Donald Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, siyasətçi Miçiqan ştatında "Keçən həftə demokratiyaya görə güllə aldım", - deyə bəyan edib.

Mitinqdə Trampdan başqa, vitse-prezidentliyinə namizəd, Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vens çıxış edib.

Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası zamanı yaralanıb. 20 yaşlı gənc siyasətçiyə atəş açıb. Güllə Trampın qulağına dəyib.

Milli.Az


Etiketlər:  Tramp qəsd cəhdindən sonra mitinqini keçirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ