Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2024 07:44
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan Sonxeber.net-a verilən məlumata görə, Gəncə təmsilçisi albaniyalı Redon Mihananı transfer edib. 25 yaşlı legioner ilə 1+1 illik müqavilə bağlanılıb.
Yarımmüdafiənin hər iki cinahında oynaya bilən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayır.
O, son olaraq ölkəsinin "Erzeni" klubunda çıxış edib. Mihana Abaniyanın U-21 millisinin də şərəfini qoruyub.