Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ Ermənistanı niyə şirnikləndirir? - Tələ var...

Aİ Ermənistanı niyə şirnikləndirir? - Tələ var...

Tarix: 22 Iyul 2024 19:21

Britaniyanın sülh təşəbbüsünə qarşı çıxan, dəfələrlə sülh üçün yaranan fürsətlərdən boyun qaçıran Ermənistan özünü dünyaya elə yazıq tərəf kimi tanıdıb ki, onlara edilən yardımların ardı-arası kəsilmir. Məsələn, elə bu gün Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Bildirilib ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Həmçinin Aİ tərəfindən yerləşdirilən missiya da daxil olmaqla beynəlxalq hərbi missiya və əməliyyatlarda ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlığını artırmaq və Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Qərara əsasən, dəstək batalyon ölçülü bölmə üçün tamhüquqlu çadır şəhərciyini təmin edəcək.

Avropa İttifaqı Şurası həmçinin Ermənistanla viza rejiminin ləğvinin də müzakirəsinə başlandığını elan edib. Məlumatda bildirilir ki, ermənilərin Avropaya gedişi asanlaşdırılsın, viza tələbi aradan qalxsın. Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan bu qərarı alqışlayıb, Avropa İttifaqı ilə əlaqələrin dərinləşməsindən məmnunluğunu ifadə edib.

Ermənilərin, xüsusən də səyahəti sevənlər bu qərara çox sevinirlər. Onlar düşünürlər ki, Avropa onlar üçün qapıları taybatay açıb. Lakin, bu qərar Ermənistan üçün yaxşı nəsə vəd etmir.

Pulsuz pendir ancaq siçan tələsində olduğu kimi, bu qərar da bir növ tələdir. Aydın məsələdir ki, Avropa özü üçün ucuz işçi qüvvəsi axtarır və ermənilərdən bu məqsədlə istifadə edəcək. Ermənilərin xristian olması Avropa üçün daha "təhlükəsiz işçi qüvvə" təəssüratı yaradır. Məhz bu baxımdan Avropa İttifaqı Ermənistanlılara Avropaya vizasız gəlişi təşkil etməkdə maraqlıdır.

Belə bir qərarın qəbulu ciddi demoqrafik krizisdə olan Ermənistan üçün bu daha da dərin demoqrafik böhrana səbəb olacaq. Ermənistan bu kimi vədlərə aldanmaqdansa, yardım adı altında gizli məqsədlərə boyun əyməkdənsə tezliklə sülh müqaviləsini imzalasa daha yaxşı olar. Çünki, bu kimi vədlər və yardımlar Ermənistanı uçuruma aparır.

İslam

Milli.Az


Etiketlər:  Ermənistanı niyə şirnikləndirir Tələ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ