Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kənardakılara ayıb olsun, biri yaxınlaşmır''

''Kənardakılara ayıb olsun, biri yaxınlaşmır''

Tarix: 23 Iyul 2024 18:50

Sənət adamları Xalq artisti Ağadadaş Ağayevi müdafiə ediblər. 

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, onlar arasında müğənni Elvin Abdullayev də yer alıb.  Elvin "@axsamaz" instaqram səhifəsində bununla bağlı videoya şərh yazıb.

"Bu videoda mənə ən çox əsəb verən kənardan durub baxanlardır. Eyib olsun oradakılara. Biri yaxınlaşıb yanımcıllıq etmir. Hər nə olursa olsun, günüh Ağadadaş Ağayevdə oldu və ya digərində... O, sənət adamıdır, illərdir səhnədədir. Azərbaycan tamaşaçısına xidmət edir. Niyə orada ona hörmət edilmədi? Bir nəfər ürək-dirək vermədi, çox ayıb olsun. Çox heyif bu cəmiyyətdən" deyə, Eyvin paylaşımda yazıb. 

Qeyd edək ki, A.Ağayev xəstəxana mühafizəçisi ilə mübahisə edərkən balta atıb və orada çalışan qadın xəsarət alıb. Hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib. Xəstəlikdən əziyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib. Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pisləşdiyini, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafiçəçi isə onu klinikaya dəvət edib. Bu zaman A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.


Etiketlər:  Kənardakılara ayıb olsun biri yaxınlaşmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ