Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2024 15:44
Ukraynada yeni səfərbərlik dalğası işçi qüvvəsi çatışmazlığını artıracağından ölkə iqtisadiyyatına ciddi ziyan vuracaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.
Bildirilib ki, yeni səfərbərlik halında müəssisələr üçün işçi tapmaq getdikcə çətinləşəcək və bu, Ukraynanın dağılmış iqtisadiyyatına daha ciddi təzyiq göstərəcək.
Məqalədə qeyd edilir ki, hazırda ölkədə vakant yerlər müraciət edənlərin sayından xeyli çoxdur və bu, işəgötürənləri maaşları artırmağa məcbur edir, əks halda müəssisələr rəqabətə tab gətirə bilməyəcək və bağlanma riski yaranacaq.
Məlumata görə, Ukraynada işçi qüvvəsi çatışmazlığı problemi münaqişə davam etdikcə daha da güclənəcək.