Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Tarix: 26 Iyul 2024 15:00

Türkiyə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüşə hazırlıqdır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov bildirib.

Onun sözlərinə görə, iki liderin görüşü üçün hazırda şərtlər müzakirə olunmaqdadır:

"Barışığın əsas səbəbləri bunlar ola bilər: Birincisi, türklər milyonlarla suriyalı qaçqından yorulub və onların varlığı Ərdoğanın populyarlığını aşağı salır. İkincisi, Əsəd Rusiya və İranın köməyi ilə vətəndaş müharibəsində qalib gəldi və hakimiyyəti möhkəm şəkildə əlində saxladı. Üçüncüsü isə amerikalılar Suriya kürdlərini dəstəkləməklə Türkiyəyə həddən artıq problemlər yaradırlar".


Etiketlər:  Ərdoğanın Əsədlə görüşünü şərtləndirən səbəb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ