Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi

Tarix: 28 Iyul 2024 13:54

İranın ali dini lideri Əli Xamenei Məsud Pezeşkianın İslam Respublikasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında fərman imzalayıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı baş tutan mərasimin canlı yayımı İRİB telekanalı tərəfindən həyata keçirilib.

Tehranda keçirilən tədbirdə İran rəhbərliyindən çoxlu yüksək vəzifəli şəxslər və ilahiyyatçılar iştirak ediblər. Mərasim Daxili İşlər Nazirliyinin rəisi Əhməd Vəhidinin prezident seçkilərinin necə keçdiyi barədə məruzəsi ilə başlayıb.

Fərmanın mətnini Xameneinin ofisinin rəhbəri Məhəmməd Qolpayeqani oxuyub. Ali rəhbər orijinalı şəxsən Pezeşkiana təhvil verib. Yeni prezident xalqa minnətdarlıq sözləri ilə çıxış edib, onları birliyə çağırıb.


Etiketlər:  Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi


RƏYLƏR