Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada hərbi maşınları yandıran 6 nəfər tutuldu - FOTO

Ukraynada hərbi maşınları yandıran 6 nəfər tutuldu - FOTO

Tarix: 29 Iyul 2024 13:26

Odessada Ukrayna ordusuna məxsus hərbi təyinatlı avtomobilləri yandıran 6 nəfərlik cinayətkar dəstə zərərsizləşdirilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə məlumatı adı çəkilən ölkənin Təhlükəsizlik Xidməti yayıb.

Bildirilib ki, iki həftə ərazində onların analoji əməli 15-dən çox avtomobilə qarşı törətdiyi ortaya çıxıb. Onlar törətdikləri əməli videokamera vasitəsilə qeydə alaraq, Rusiya tərəfinə təqdim etməkdə də təqsirləndirilir.

Ukraynanın cinayət qanunvericiliyinə əsasən, onları 8 ilədək həbs cəzası gözləyir.


Etiketlər:  Ukraynada hərbi maşınları yandıran nəfər tutuldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ