Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2024 14:44
Fransanın telekommunikasiya operatorları hücuma məruz qalıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Fransa polisi məlumat yayıb.
Polisin məlumatına görə, Fransanın altı ərazisində bir neçə operatorun fiber optik şəbəkələri "sabotaj edilib", lakin bunun hazırda olimpiya oyunlarına ev sahibliyi edən paytaxt Parisə təsiri olmayıb.
"Le Parisien" qəzeti və BFM TV-nin xəbərinə görə, Fransanın SFR və "Bouygues Telecom" telekommunikasiya şirkətlərinə məxsus qurğular vandalizm aktına məruz qalıb. Belə ki, Fransanın cənubunda kabellər kəsilib, Paris və Lüksemburq yaxınlığındakı qurğular sabotaj edilib.
Xatırladaq ki, ötən həftə də naməlum şəxslər Fransanın yüksək sürətli qatar şəbəkəsini hədəf almışdı və bu insidentlə bağlı bu gün səhər bir nəfər həbs olunub.