Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İndiki gənclik cinsi təlabatını ödəmək üçün ailə qurur” - VİDEO

“İndiki gənclik cinsi təlabatını ödəmək üçün ailə qurur” - VİDEO

Tarix: 29 Iyul 2024 18:35

"Boşandıqdan sonra düşünürlər ki, sanki bunlar üçün böyük bir həyatın qapıları açılır".

Sonxeber.net xəbər verir ki, bu sözləri azxeber.coma müsahibəsində müğənni Aydın Sani deyib.

Boşanmaların sayının çoxluğuna diqət çəkən sənətçi sözügedən məsələdə ətraf mühitin rolundan danışıb:

"İndiki gənclər sanki əyləncə üçün evlənirlər. Qadın kişini, kişi də qadını bilmək üçün. Sanki bunun üçün yeganə vasitənin evlənmək olduğunu düşünürlər. Ailələr evlənək, sonra boşanarıq prinsipi ilə qurulur. Və boşandıqdan sonra sanki bunlar üçün böyük bir həyatın qapıları açılır. Çılğın yaş dövründə onların arasında alovlanan bu hissləri söndürmək üçün evlənirlər. Biz gənclərə başa salmalıyıq ki, heç nə üçün tələsməyin. Qarşınızda gözəl bir ömür var. Amma mən tez ailə qurmuşam, 24 yaşında övladım var. Mənə deyərlər bəs sən özün niyə? Mən yaxşı ki, də bunu tez etmişəm. Biz iki gənc olaraq həyatda birlikdə mübarizə aparmışıq".


Etiketlər:  İndiki gənclik cinsi təlabatını ödəmək üçün ailə qurur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ