Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray'' onu Belçika klubuna satdı - 4 milyona

''Qalatasaray'' onu Belçika klubuna satdı -  4 milyona

Tarix: 30 Iyul 2024 16:50

"Qalatasaray" komandanın müdafiəçisi Emin Bayramı Belçikanın "Vesterlo" klubuna satıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nəşrin idman şərhçisi Burhan Can Terzi məlumat verib.

Terzinin sözlərinə görə, "Qalatasaray" bu transfer müqabilində "Vesterlo"dan 4 milyon avro transfer haqqı alacaq və növbəti satışda qazancın 50%-i "sarı-qırmızıların" kassasına daxil olacaq.

Qeyd edək ki, Emin Bayramın transferi əvvəllər də gündəmə gəlmiş, lakin azarkeşlərin reaksiyasından sonra futbolçunun komandada qalacağına qərar verilmişdi.

Milli.Az


Etiketlər:  Qalatasaray Belçika klubuna satdı milyona


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ