Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ancelina Coli ilə Bred Pittin oğlunu maşın vurdu

Ancelina Coli ilə Bred Pittin oğlunu maşın vurdu

Tarix: 30 Iyul 2024 17:52

Hollivud ulduzları Ancelina Coli ilə keçmiş həyat yoldaşı Bred Pittin oğlu Paks qəzaya düşüb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, elektrikli velosiped sürərkən Los-Ancelesdə yol ayrıcında avtomobil onu vurub. Bu barədə TMZ məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı Paks dəbilqə taxmayıb. Sürücü təcili yardım və polis çağırıb. Müayinədən sonra o beyin qanaması qorxusundan xəstəxanaya çatdırılıb. Nəticədə zərərçəkmişə kəllə-beyin travması və omba nahiyəsindən əzilmiş diaqnozu qoyulub. Onun yaxın zamanda xəstəxanadan buraxılacağı deyilib.

Qeyd edək ki, Ancelina ilə Bredin ümumilikdə altı övladı var: bioloji - Şilo, Noks və Vivyen, övladlığa götürülmüş - Maddoks, Paks və Zahara.


Etiketlər:  Ancelina Coli ilə Bred Pittin oğlunu maşın vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ