Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşad Sadıqov: İnanıram ki, sabah ən yaxşı görüşlərimizdən birini keçirəcəyik

Rəşad Sadıqov: İnanıram ki, sabah ən yaxşı görüşlərimizdən birini keçirəcəyik

Tarix: 31 Iyul 2024 21:00

İnanıram ki, sabah ən yaxşı görüşlərimizdən birini keçirəcəyik.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında qarşılaşacaqları "DAK 1904"lə (Slovakiya) oyun öncəsi mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis sabah çətin görüşə çıxacaqlarını bildirib:

"Sabah bizi olduqca vacib matç gözləyir. "DAK-1904" kollektivi ev oyunlarında çox güclü təsir bağışlayır. Hər ev görüşlərində onları böyük azarkeş kütləsi dəstəkləyir. İlk qarşılaşmada qələbə qazanmışıq və müəyyən üstünlüyümüz var. Rəqib komanda ilk dəqiqələrdən təzyiq göstərəcək və bu fərqi aradan qaldırmağa çalışacaq. Biz də öz növbəmizdə çalışacağıq mərhələni adlayan tərəf olaq. İnanıram ki, sabah ən yaxşı görüşlərimizdən birini keçirəcəyik".

Qeyd edək ki, Slovakiyadakı "DAK-1904" - "Zirə" görüşü sabah Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Bakıda keçirilən ilk matç "qartallar"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az


Etiketlər:  Rəşad Sadıqov İnanıram sabah yaxşı görüşlərimizdən birini keçirəcəyik


RƏYLƏR