Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2024 10:00
Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanun bu gündən qüvvəyə minib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, qanuna əsasən büdcəsinin 20 faizindən çoxu ölkə xaricindən maliyyələşən qeyri-kommersiya təşkilatları və media subyektləri "xarici qüvvənin marağını qoruyan" təşkilat kimi reyestrdən keçməlidir.
Qanuna riayət etməyən təşkilatların 25 min lariyədək cərimələnməsi nəzərdə tutulur.
Mübahisəli qanunun qəbul edilməsi ilə əlaqədar Aİ Gürcüstanın inteqrasiyasını dayandırıb. ABŞ isə qanunun qəbul edilməsində iştirak edən Gürcüstan rəsmilərinə sanksiya tətbiq edib.
Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları qanunu "Rus qanunu" adlandırırlar.
Gürcüstan hökuməti qanunun məqsədinin ölkədə QHT-lərin qeyri-şəffaf maliyyələşməsinin qarşısını almaq məqsədi daşıdığını bəyan edir.