Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2024 06:28
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi səyləri sayəsində sülh diplomatiyasının mərkəzi olmağa davam edəcəkdir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan X səhifəsində yazıb.
"Bu gün Ankarada tarixi məhbus mübadiləsi prosesi baş tutdu. Bu əməliyyatda iştirak edən Milli İstehbarat Təşkilatını (MİT) təbrik edirəm", - deyə Fidan bildirib.
Qeyd edək ki, Rusiya və ABŞ arasında Ankarada MİT-in təşkilatçılığı ilə məhbus mübadiləsi baş tutub.