Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəyə səfər edən azərbaycanlıların sayı artıb

Türkiyəyə səfər edən azərbaycanlıların sayı artıb

Tarix: 2 Avqust 2024 11:06

2024-ci ilin iyunuda Azərbaycandan Türkiyəyə 83 min 814 turist səfər edib ki, bu da 2023-cu ilin iyunu ilə müqayisədə 13,05 faiz çoxdur.

Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,43 faiz təşkil edib.

2024-ci ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 418 min 29 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,44 faiz çoxdur.

2024-ci ilin yanvar-iyun aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 1,93 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2024-ci ilin iyununda Türkiyəyə 6 milyon 833 min 835 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 9,13 faiz çoxdur.

2024-ci ilin yanvar-iyun aylarında 26 milyon 136 min 764 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,91 faiz çoxdur.


Etiketlər:  Türkiyəyə səfər edən azərbaycanlıların sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ