Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Di Kaprionun sevgilisi brilyant üzüyünü nümayiş etdirdi - FOTO

Di Kaprionun sevgilisi brilyant üzüyünü nümayiş etdirdi - FOTO

Tarix: 3 Avqust 2024 06:06

Məşhur Hollivud aktyoru, Leonardo Di Kaprionun sevgilisi, model Vittoria Çeretti ürək formalı brilyant üzüyünü nümayiş etdirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 26 yaşlı Vittoria Çeretti və 49 yaşlı Leonardo Di Kaprio dostları ilə İtaliyada yaxtada dincəldikləri zaman paparatsilər onların fotolarını çəkiblər. Fotolarda modelin sol adsız barmağına ürək formalı brilyant üzük taxdığı əks olunub. Vittoria bikini, qara libas və gün eynəyində olub.

Xatırladaq ki, Leonardo Di Kaprionun model Vittoria Çeretti ilə eşq yaşadığına dair xəbərlər 2023-cü ilin mayında ortaya çıxıb. O zaman onlar Kannda gəzinti zamanı görüntüləniblər. Fevralın sonunda məşhurlar Los-Ancelesdə gəzərkən kameralara tuş gəliblər.

Modelin barmağındakı üzükdən sonra cütlüyün nişanlanmaları ilə bağlı dedi-qodular artıb. Lakin digər tərəfdən, insayderlərdən biri deyib ki, Di Kaprio hələ ciddi addıma hazır deyil.

Milli.Az


Etiketlər:  Kaprionun sevgilisi brilyant üzüyünü nümayiş etdirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ