Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəngəzurla bağlı gizli sazişin detalları - Melkonyan

Zəngəzurla bağlı gizli sazişin detalları - Melkonyan

Tarix: 4 Avqust 2024 23:28

Ermənistanla Azərbaycan arasında bəzi ilkin razılaşmalar var. İlkin mərhələdə hansısa özəl beynəlxalq təşkilat dəhliz deyilən kommunikasiya xəttinə nəzarət etməlidir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri "APRI Armenia" analitik mərkəzinin analitiki Sergey Melkonyan "Azadlıq" radiosunun erməni xidmətinə (ingilisdilli) bildirib.

"Ona (Zəngəzur dəhlizinə) dəhliz deyilməyəcək, amma İranda oranın dəhliz olacağını çox yaxşı başa düşürlər.

Əvvəlcə hansısa beynəlxalq özəl şirkət ora (Zəngəzur dəhlizinə) nəzarət edəcək. Sonra birgə nəzarət həyata keçiriləcək. Azərbaycan yavaş-yavaş (etnik azərbaycanlıların) ora (yəni Zəngəzura) köçürülməsini həyata keçirəcək və İran Ermənistanla sərhədini itirəcək", - deyə Melkonyan Zəngəzur dəhlizi ilə bağlı Xamneinin bəyanatını şərh edərkən bildirib.

Xamenei Nikol Paşinyanla görüşündə deyib: "İran İslam Respublikası Zəngəzur marşrutunu Ermənistanın ziyanına hesab edir və bu mövqeyində qalmaqdadır".

Mətni tərcümə və təqdim edən jurnalist Elbəyi Həsənli qeyd edib ki, erməni siyasi analitiklər Zəngəzur dəhlizi məsələsində tərəflər arasında ilkin razılaşmanın olduğunu bildirirlər:

"Yeri gəlmişkən, bugünlərdə cənab Ərdoğan demişdi ki, Zəngəzur dəhlizinin açılması prosesin müsbət sonluqla bitməsi üçün "son addım olacaq".


Etiketlər:  Zəngəzurla bağlı gizli sazişin detalları Melkonyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ