Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Netanyahu Səudiyyə ilə bağlı qərarından geri çəkildi

Netanyahu Səudiyyə ilə bağlı qərarından geri çəkildi

Tarix: 5 Avqust 2024 08:00

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən əvvəl yəhudi dövləti ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasına dair potensial sazişi irəli sürməmək qərarına gəlib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin "12-ci kanal" televiziyası məlumat yayıb.

Bildirilib ki, Netanyahu ABŞ-dakı siyasi vəziyyət, Amerika lideri Co Baydenlə fikir ayrılığı, eləcə də Ər-Riyadın Qəzza zolağında atəşkəs tələbi ilə əlaqədar Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması planının icrasından vaz keçib.


Etiketlər:  Netanyahu Səudiyyə ilə bağlı qərarından geri çəkildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ